İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycan-Türkiyə birgə təlimlərindən qorxdu - rəsmi mövqe

2403 23.10.2023 19:50 Siyasət A A

Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlər qonşu ölkədə yenə narahatlıq yaradıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ermənilər rəsmi səviyyədə, həmin təlimlərin Ermənistanın sərhədlərində keçirildiyini göstərərək özləri üçün təhdid doğurduğunu ifadə edirlər.

Bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Andranik Köçəryan rəsmi mövqe bildirib.
Andranik Köçəryan təlimlərə hətta cavab verməyə hazır olduqlarının söyləyib.

“Əlbəttə, biz təlimlərə diqqətlə yanaşırıq. Əlimizdəki mövcud potensialımız bizə lazım gələrsə nəinki monitorinq aparmağa, hətta cavab verməyə hazır olmamıza imkan verir”, - deyə o vurğulayıb.

“Bunun fonunda Ermənistanda hərbi təlimlərin sayı artırılmalıdırmı?” sualına deputat “Vaxtı gələcək və görəcəksiniz”,-deyə cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR