İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ABŞ ilə hərbi təlimlərə başlayır

693 15.06.2026 23:32 Dünya A A

 

Ermənistan ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Tərəfdaş Qartal 2026" ("Eagle Partner-2026") adlı manevrlər iyunun 17-dən 25-nə dək planlaşdırılıb. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin 250 hərbçisi, Kanzas Milli Qvardiyasının 58 döyüşçüsü, həmçinin ABŞ-nin (Avropa və Afrikadakı) Quru Qoşunlarının, Fransa və Yunanıstanın (müvafiq olaraq 24 və 11 nəfər) hərbçiləri iştirak edəcək.

İyunun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyadakı seçkiqabağı debat zamanı bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tamhüquqlu iştirakını bərpa etməyi planlaşdırmır və təşkilatdan çıxmaq məsələsinə baxa bilər.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR