İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin itmiş 200 hərbçisi, 300 qoyunu və Fransanın oyunu

996 22.01.2022 08:30 Yazarlar A A

Ermənistan İstintaq Komitəsi müharibədə 200-ə yaxın hərbçinin itkin düşdüyünü açıqlayıb. Əcaibi odur ki, bir sıra hallarda axtardıqları erməni hərbçilərin Azərbaycanda “əsirlikdə” olduğunu sayıqlayırlar. Sayıqladıqları təkcə 200 itkin hərbçi ilə bağlı deyil. Bu günlərdə daha bir axmaq iddianı tirajlayırlar.

Haylar hay salıblar ki, bəs, Zəngəzur sakini olan çoban Surik Matevosyanın 300 qoyunu Azərbaycana (?!) keçib. Tex icmasının rəhbəri David Qulunts da sərsəmləyib, “inanırıq ki, heyvanları qaytaracaqlar”- deyib.

Yanvarın 13-də Azərbaycan ərazisinə keçən 53 yaşlı Surik Matevostan “azdığını” deyəndən sonra hərbçilərimiz humanistlik nümayiş etdirərək onu geri qaytardı. Bir gün sonra Azərbaycanın Laçın şəhərində yaşayan başqa bir erməni əsgərlərimizin nəzarətindəki olan hissəyə keçdi və o da geri göndərildi. Ermənistansa Rusiya sülhməramlılarına təşəkkür etdi. Azərbaycana isə deyir “300 qoyunumuzu da qaytar!”

Bunlar tarixən belə olublar, barmaq göstərəndə biləkdən yapışıblar, süfrəmizin başında yer verdik, çörəyimizi yeyib, süfrə sərilən evə iddia etdilər. Heç dəyişməyiblər, dəyişən də deyillər...

Amma kapitulyantların budəfəki hikkəsi səbəbsiz deyil: onları şirnikləndirənlər var. Diqqət edin, ermənilərin itən qoyunlarının davasını Parisdə də aparırlar, o boyda dövlətin paytaxtında. Erməni deyir 200 hərbçimiz Bakıda əsirlikdədir, qoyunlarımız oğurlanıb, bəzi fransız deputatlar da eyni sərsəmləməni dilə gətirir. Bunların içərisindən bir ağıllı çıxıb demir ki, bəlkə həmin 200 hərbçi “Harop” zərbəsindən tikə-parça olub, ya 300 qoyunu “qışın oğlan çağında” canavar parçalayıb. Azərbaycanı şərləmək üçün yarışa giriblər ermənilərin “böyük bacıları”. Bircəciyində vicdan olsa, durub deyərlər ki, 1-ci Qarabağ müharibəsində Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərinin sayı 4 mindən artıqdır, gəlin onları da axtaraq. Deməzlər, əlbəttə, bunların lideri 44 günlük müharibədə Azərbaycana əlindən gələn pislikləri etməyə çalışdı, erməni işğalçı və terrorçu qüvvələrini xilas etmək naminə. O zaman Fransa Milli Assamlbleyası Azərbaycan əleyhinə qətnamə qəbul etmədimi?

Dünyaya “ədalət” dərsi keçən Fransa dövlətinin xarici işlər naziri bu günlərdə Azərbaycana qarşı hədyanları dilə gətirdi. Nəyə görə: Fransada prezidentliyə namizəd olan bir arvadın seçki kampaniyasını yarım milyon erməninin yaşadığı Marseldən yox, Xankəndidən, Azərbaycan torpağından başlamasına rəsmi Bakının etiraz bildirdiyinə görə! Bunlar reallıq hissini o qədər itiriblər ki, bir ölkənin ərazisinə giriş-çıxış qaydalarını belə, unudublar. Azərbaycan vətəndaşı Fransaya qanuni səfər etməkdən ötrü aylarla viza yolunu gözləyir, pandemiya dönəmində belə səfərlər ümumiyyətlə, müşkülə dönüb. Amma hansısa bir Pekress özünü dəlidanalığa vuraraq erməni terrorçularının gizləndiyi Xankəndi şəhərinə gəlib, ağlına və ağzına gələnləri danışıb. Bütün bunlardan sonra Fransa XİN Azərbaycandan üzr istəmək, cəhənnəmə, heç olmasa, ənənəvi “bu səfər rəsmi Parisin mövqeyini əks etdirmir”, bəyanatı vermək əvəzinə, beynəlxalq hüquqa istinad edən Azərbaycan dövlətini hədəfə alıb, fransız deputatlar dövlət başçımıza qarşı kampaniyaya başlayıblar.

Budurmu sizin ədalətiniz? Bu məntiqlə erməni terrorizmini himayə edən, Qarabağa qanunsuz gələn Pekressə haqq qazandıran və İlham Əliyevin arxasınca donquldanan fransalı deputatlar “Dərviş Məstəli Şah Parisi partladır” əsərinə görə də Mirzə Fətəli Axundovu məhkəməyə verərlər.

Diqqət edin, Ermənistan Türkiyə ilə əməkdaşlıq istiqamətində addımlar atmağa başlayıb, qarşılıqlı uçuşlar başlayıb, danışıqların növbəti raundunun Ankara və ya İrəvanda keçirilməsi müzakirə olunur. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyasının çox yaxında olduğunu, sərhəd xəttinin çəkilməsindən sonra Laçın dəhlizinə də rəsmi Bakının tam nəzarət edəcəyini, bir ovuc erməni terrorçusu ilə də hesab çəkiləcəyini anlayan qüvvələr yenidən nələrisə qarışdırmaq, bulanıq suda balıq tutmaq istəyirlər. “Erməni kartı”nın əldən çıxa biləcəyindən çox narahatdırlar. Nə Avropa Birliyi, nə ATƏT, nə Minsk Qrupu “bayrağı” altında yenidən Xankəndiyə gələ bilmirlər, ən müxtəlif absurda əl atırlar, təki qarışıqlıq olsun, “vasitəçilik” təklifini etsinlər deyə. Amma Fransa unudur ki, son biabırçı davranışı ilə əslində öz oturduğu budağı baltalamış, üstəlik, baltanı ayağına vurmuş oldu. Bundan sonra hansı haqla “həmsədr ölkə” statusunu yenidən dövriyyəyə soxa biləcək?

Heç olmasa 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransının qərarından utansın nazir Jan İv Lö  və ermənisifət deputatlar. Xankəndi bir yana, hətta Zəngəzurun da Azərbaycan dövlətinin tərkibində olduğunu təsdiqləyən qərardan! Utansaydılar, 200 erməni hərbçisini və 300 qoyunu Azərbaycanda axtarmazdılar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR