İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Xaçaturyana görə saat 17.30-a qədər VAXT QOYDU - Qanlı TOQQUŞMA olacaq – Rauf Arifoğlu ilə CANLIda 

1308 31.07.2023 13:30 Gündəm A A

İrəvan Meşəli qatillərindən olan Vaqif Xaçaturyanın Azərbaycan tərəfindən saxlanılmasına görə təşkil edilan etiraz aksiyasında tələbələri önə verir. Aksiyada iştirak edən tələbələr Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin girişini bağlayıblar. Onlar plakatlar qaldıraraq BQXK-nın rəhbəri ilə görüşməyi, Cenevrədə mətbuat konfransının keçirilməsini tələb edirlər.

Qeyd edək ki, iyulun 29-da , Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

V.Xaçaturyanın qızı İrəvanda BQXK-nın ofisinin qarşısındakı aksiyaya qoşulub. O, atasının ürək əməliyyatı olunmaq üçün Ermənistana keçmək istədiyini deyib. Vera Xaçaturyan bütün qohumlarının Qarabağda olduğunu bildirib. O, 44 günlük müharibəyə kimi Qubadlıda yaşadığını, daha sonra isə Cermuka (Dərələyəz mahalı, İstisu) köçdüyünü deyib. Vera atasını bütün erməni xalqının obrazı adlandıraraq onun azad edilməsi üçün insanları etiraza səsləyib.

Qeyd edək ki, Xocalı rayonunun Meşəli kəndindəki soyqrımının cinayətkarlarından olan Vaqif Xaçaturyan iyulun 29-da Laçın postunu keçmək istəyərkən saxlanılıb.

İrəvanda etirazçılar Qızıl Xaç nümayəndələrinə saat 17:30-a qədər vaxt verdilər.

İyulun 31-də səhər tezdən İrəvan universitetlərinin bir qrup tələbəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin girişini bağlayıb.

Musavat.com erməni mediaısna istinadən xəbər verir ki, onlar təşkilat rəhbərliyi ilə görüş tələb edirlər.

“Biz 10 nəfərlik qrupla ofisə girəcəyik” deyən etirazçılardan biri tələblərinin yerinə yetirilməsi üçün saat 17:30-a qədər gözləyəcəklərini bildirib.

Ermənilər hələ də Xocalı cəlladı Vaqif Xaçaturyanın ələ keçməsində Qırmızı Xaç Komitəsini suçlayırlar. “Bu struktur vətəndaşların təhlükəsizliyini təmin etmək iqtidarında deyil, ona görə də fəaliyyətini tənzimləyənə və Azərbaycanın siyasətinə töhfə verməkdən əl çəkənə qədər onlarla əməkdaşlıq dayandırılmalıdır. BQXK fəaliyyət göstərmək üçün beynəlxalq təhlükəsizlik qüvvələrinə müraciət etməli idi”,-deyə etirazçılardan biri yerli mediaya danışıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR