İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər ŞOKDA: Bütün yalan yolları bağlandı, Laçın postu isə... - Görüntülər YENİLƏNİR... VİDEO

3921 08.07.2023 09:52 Son xəbər A A

“Laçın postu ilə bağlı kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan öz hədəflərində sistemli olacaq və sona qədər gedəcək. Bu isə o deməkdir ki, hər hansı bir parlamentin, beynəlxalq məhkəmənin nə rəy verməyindən asılı olmayaraq, Azərbaycan bayrağı, Azərbaycan sərhəd-keçid məntəqəsi lazım olan nöqtələrdə olacaq və artıq var”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

zaur.jpg (49 KB)

Politoloq bildirib ki, Azərbaycan Laçın rayonunun Ermənistanla sərhəd hissəsində sərhəd-buraxılış məntəqəsi qurmaqla bütün dünyaya ərazi bütövlüyünün təmin edilməsinin necə vacib olduğunu göstərdi:

“Xüsusilə Qoşulmama Hərəkatının üzvləri üçün də bu, vacib idi ki, ərazi bütövlüyü və suverenlik prinsipləri nə qədər mühümdür”.

Politoloq vurğulayıb ki, Laçın yolu açıqdır və mülki ermənilər oradan maneəsiz keçir:

“Maneə məsələsi heç bir fakta əsaslanmayan siyasi bəyanatlardır”.

Zaur Məmmədov xatırladıb ki, ermənilər Azərbaycana qarşı yeni bir bəyanatın verilməsinə çalışırdılar:

“Lakin onlar məqsədlərinə nail olmadılar. Onların məqsədləri iflasa uğradı. Buna baxmayaraq, onlar Ermənistan ictimaiyyətini aldatmaqla məşğuldurlar. Ermənistanın BMT-dəki nümayəndəsi erməni xalqını aldadaraq guya Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı qəti mövqeyini çıxardığını bildirir. Xeyr, belə deyil. Mövqe dəyişməyib, Beynəlxalq Ədalət Məhkəməsinin bundan əvvəlki qərarının qüvvədə olduğu bildirilir. Bu isə o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycanın əsasını qoyduğu reallığı qəbul edir. Yeri gəlmişkən, Qərb ictimaiyyəti Laçın postu ilə bağlı məsələdə Ermənistanın yanında yer almır. Biz bununla bağlı XİN səviyyəsində, yüksək səviyyədə liderlər arasında açıqlamaların olmasına rast gələ bilmərik. Əgər belə açıqlamalar varsa da, tək-tük xarakter daşıyır. Bu o deməkdir ki, Qarabağın Azərbaycanın daxili ərazisi olması, separatçıların oradan rədd olub getməsi, onların tərk-silah edilməsi – Azərbaycanın bu istiqamətdəki mövqeyi Qərb ictimaiyyəti tərəfindən dəstəklənir.

Əlbəttə, Beynəlxalq Ədalət Məhkəməsi, ayr-ayrı parlamentarilər, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı Qərbdə müəyyən dairələrin qərəzi də davam edəcək. Amma əsas odur ki, icraedici hakimiyyətlər yeni reallıqla barışırlar və Azərbaycanı bu məsələdə dəstəkləyirlər”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR