İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Dağlıq Qarabağda “naməlum uçan obyekt” tapıb - Fotolar

3654 20.12.2016 23:03 Son xəbər A A

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarının bütün yeraltı, yerüstü sərvətlərini talan etməkdə, maddi-mədəniyyət abidələrinin üzərinə erməni yarlığı vurmaqda davam edirlər. Ancaq işğalçılar son zamanlar Qarabağda rast gəldikləri nadir tapıntılardan o dərəcədə şoka düşüblər ki, hələ onunla bağlı ortaya iddia qoymağa çətinlik çəkirlər. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “turizm idarəsnin rəisi” Sergey Şahverdiyan məlumat yayıb. 

Erməni separatçı Dağlıq Qarabağ ərazisində rastlaşdığı sirli daş plitələrdən bəhs edib və onların fotolarını da təqdim edib. “Bizim əməkdaşlarımız Artsaxın bölgələrindən birində bunları aşkar ediblər. İndi baş sındırırıq ki, bu, nə ola bilər”-Şahverdiyan iddia edib. 

O, bildirib ki, hələlik çalışmaları fayda verməyib. Belə ki, “bu daşların təyinatı və hazırlanma tarixi bəlli deyil”. S.Şahverdiyan onlarla belə nadir daşların tapıldığını deyib. Bu məlumat ermənilərin böyük marağına səbəb olub və sosial şəbəkədə geniş müzakirələr aparılır.

Göründüyü kimi, bu dəfə “daş qayaya rast gəlib”. Tarixi saxtalaşdırmaq azarına tutulmuş ermənilər hələ ki, Azərbaycanın bu qədim bölgəsindəki növbəti nadir  tapıntıları “özününküləşdirməyin” yollarını tapa bilmirlər. Erməni mediası isə Dağlıq Qarabağdakı daş tapıntıları “uçan naməlum obyektlər”ə bənzədib. 

Azərbaycanın müvafiq qurumlarının bu faktlarla bağlı beynəlxalq qurumlara müraciət etməsi, tarixçilərin və arxeoloqların həmin bu daş abidələrlə bağlı açıqlamalar verməsi ermənilərin cəhdlərinin qarşısını ala bilər.

Cavid TURAN
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR