İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİLƏR AZƏRBAYCANDA MƏKTƏBİ PARTLATMAQ İSTƏYİBLƏR

1224 18.09.2010 09:50 Gündəm A A
“Samvel dedi ki, lazım olsa, türkləri qıra bilərsənmi? Mən də dedim, bəli. Onunla dəfələrlə görüşdükdən sonra məni xarici maşında meşədəki bir evə apardı. Orada mənim kimi 7-8 gənc oğlan var idi. İki ay ərzində orada təlim keçmişik. Bizə atəş açmağın, qumbaralardan istifadənin qaydalarını və partlayışları törətməyin yollarını öyrədiblər. 4 nəfərlə birgə Şəmşəddin deyilən meşəyə apardılar. Səhər saat 3-ə yaxın meşədən gələrkən yaxınlıqda türklərin kəndi var. Zamanlı kəndinə gedib məktəbi partladıb geri qayıtmalı idik”.
Xatırladaq ki, sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri - kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR