İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan ermənisayağı iddia: “Qərb Ermənistanın timsalında Rusiyaya qarşı ikinci cəbhə açır”

472 15.09.2023 12:46 Siyasət A A


“Ermənistan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir və bu, indiki hakimiyyətin beş illik hakimiyyətinin nəticəsidir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, bu cür təhdidlər fonunda hakimiyyətin hərəkətləri qəbuledilməzdir. “Görünür, Ermənistanın məğlub olması üçün hər şey edilir. Biz (ermənilər-red.) deyəsən qəsdən məğlubiyyət yolu ilə gedirik. Yəni vəziyyəti daha da gərginləşdirmək üçün addımlar atılır”, – deyə Xaçikyan yerli “Beşinci kanal”ın efirində deyib. Erməni ekspertin fikrincə bu yolla Ermənistan hakimiyyəti Bakı üçün imkanları genişləndirir, ona İrəvanın arxasından yenidən Moskva ilə sövdələşmə imkanını bəxş edir.

Xaçikyan Qərbin Ermənistanın timsalında Rusiya Federasiyası üçün ikinci cəbhə yaratmağa çalışdığını iddia edib. “Dünya çox sürətlə böyük müharibəyə doğru irəliləyir və biz ətrafımızda baş verənləri başa düşməliyik. Təkcə Ukraynada deyil, Qara dənizdə də eskalasiya müşahidə olunur, Ukrayna uzaqmənzilli raketlər almağı planlaşdırır, Rusiya Federasiyasının ərazisində hər yerdə pilotsuz təyyarələr vurulur. Ermənistanın qərbyönlü hakimiyyəti isə Rusiyanı Türkiyə və Azərbaycana qarşı müharibəyə sürükləməyə və bununla da ikinci cəbhə yaratmağa çalışır”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR