İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Region yeni və böyük müharibə astanasındadır”

814 15.09.2023 19:42 Siyasət A A

“ABŞ Dövlət Departamenti nəhayət dünən Cənubi Qafqazın Rusiya, İran və Çinə qarşı mübarizə platformasına çevrildiyini bəyan etdi. Digər düşərgədə Türkiyə, Qərb və yəqin ki, İsrail var”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq, “Voskanapat” analitik mərkəzinin təsisçisi Hrant Melik-Şahnazaryan Facebook səhifəsində yazıb.

Müharibə olacağına demək olar ki, şübhəm yoxdur. Bu vəziyyətdə mənim üçün iki sual açıq qalır:

  1. a) Ermənistan hansı düşərgəyə düşəcək?
  2. b) Rusiya bu müharibədə olacaqmı?

İrəvanın harada olmasının gərəkdiyi (müəllifə görə Rusiya-red.) çox aydın görünür. Amma Türkiyənin vassalına çevrilən bu hökumət bizi (erməniləri-red.) başqa istiqamətə aparır və satqınları hakimiyyətdən uzaqlaşdırmaq üçün təcili addım atmasaq, Ermənistanın Rusiya-İran-Çin düşərgəsinin bir hissəsi olacağını bəyan etməsək, ölkə döyüş meydanına çevriləcək.

İkinci suala gəlincə, burada da absurd situasiya yaranıb. Türkiyə və Qərb regionumuzda Rusiyaya qarşı həddindən artıq açıq mübarizə aparır, lakin Moskva bu reallığı görməzlikdən gəlməkdə davam edir. Üstəlik, Nikola görə bütün erməni xalqından inciməklə Rusiya hər gün özünü daha çətin vəziyyətə salır”,-deyə Melik-Şahnazaryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR