İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazirlər (sabiq) MÜHARİBƏ tələb edir - bu dəfə Gevorq Danielyan...

2459 05.07.2023 20:45 Son xəbər A A

“Azərbaycanı imzalı kağız yox, ermənilərin birliyi, iradəsi ayıldacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sayıqlamaların müəllifi Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyandır.

Keçmiş nazir bununla bağlı öz feysbuk səhifəsində paylaşım edib:

““Ayakve” təşəbbüsü təqdirəlayiq addımdır. Həm tərəfdarlarımıza, həm də bizə kəskin suallarla gələnlərə, o cümlədən tənqidçilərə təşəkkür edirəm. Biz ermənilərin növbəti dəfə parçalanmasına, ayrıseçkilik cizgiləri çəkilməsinə, milli təhlükəsizliyin zəiflədilməsinə yol verə bilmərik. Bu təşəbbüsün müəllifinin “Birləşmə” hərəkatının olması simvolikdir. Tək istəyimiz “Azərbaycan qorxusu”nun tam olaraq təkrarlanmaması və ölkədə yayılmamasıdır.

Bu təşəbbüs “Artsax”ın (ermənilərin rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə oyuncaq və qondarma quruma verdikləri ad - red.) müstəqilliyini və erməni soyqırımını hüquqi cəhətdən qorumaq üçün nəzərdə tutulub. Müharibəyə gəlincə, bu təşəbbüs hər kəsi birləşdirəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR