İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşişdən Azərbaycanla bağlı ŞOK AÇIQLAMA: "Onlarla ayrı dildə danışmağın vaxtı çatıb ..."

3322 13.08.2023 13:56 Son xəbər A A

Ermənilərin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni keşiş avqustun 12-də Theotokos kilsəsinə ziyarəti münasibətilə liturgiyadan sonra çıxış edib.

“Bizim ilk mesajımız Ermənistan hökumətinə ünvanlanıb. Ermənistan hökumətinin”Artsax”a (ermənilərin Qarabağda separatçı rejimlərinə qoyduqları uydurma ad-red.) qarşı tutduğu yanaşmalar artıq onu erməni dünyasının xəritəsindən silə və Ermənistanın gələcəyini təhlükə altına ata bilər. “Artsax”ın (qondarma-red.)” təhlükəsizliyini və müstəqilliyini” nəzərdə tutan öz müqəddəratını təyinetmə hüququnu təmin etmədən Azərbaycanın ərazi bütövlüyünü tanımaq vədləri necə yerinə yetirilə bilər?

Bu cür yanaşmalar təkcə “Artsax”a deyil, həm də Ermənistanın bütövlüyünə və hətta mövcudluğuna təhlükə yarada biləcəyi halda, tam sülh deyilən öhdəlikləri öz üzərinə götürməyə necə hazır olmaq olar? .....Bunun nəticələri Ermənistan üçün ağır ola bilər.

İkincisi, Azərbaycanla danışıqların gedişində Ermənistanın məğlub olmaq və yalnız güzəştə getmək mövqeyindən çıxması lazımdır. Üstəlik, Ermənistan Azərbaycanla “Artsaxın blokadası” (erməni uydurması-red.) bitənə qədər Azərbaycanla bütün danışıqları dayandırmalıdır.

Üçüncüsü, yeni müharibədən qaçmaq lazımdır, lakin bu, Azərbaycanın tələblərinə boyun əymək demək deyil. Çevik, lakin mübariz iş üsulunu mənimsəmək lazımdır”,-deyə erməni keşiş bildirib.

Onun sözlərinə görə, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi daxil edəcək istənilən yanaşma rədd edilməlidir.

Ən sonda I Aram iqtidar, müxalifət, diaspor nümayəndələrindən ibarət zəngin siyasi-diplomatik təcrübəyə malik, “bu kritik mərhələyə yeni üslubda və yeni yanaşma ilə Azərbaycanla danışıqlar aparacaq” bir qurum yaratmağı təklif edib.

Göründüyü kimi, adına “din adamı” qoyan, Qarabağdan yüzlərlə kilometr kənarda, Livanda yaşayan bu tip yerli ermənilərin taleyi ilə oynayaraq yeni savaş, müharibə, qan tökülməsini istəyir. Ruhani olduğu halda qatı faşistsayağı çıxış etməkdən çəkinmir.
Necə deyərlər şərhsiz...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR