İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni iqtisadçı: “Ermənistanda hər ikinci adam yoxsuldur”

653 29.11.2022 18:10 Region A A

İlin əvvəlindən Ermənistana Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 300 mindən çox vətəndaş gəlib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni iqtisadçı Tatul Manaseryan noyabrın 29-da jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın ümumi əhalisinin 10%-ni təşkil edir. T.Manaseryanın fikrincə, bu qədər adamın gəlməsi ikirəqəmli artıma təsir göstərəcək və vergi gəlirlərini çoxaldacaq.

“Biz belə şəraitdə belə kasıblığı azalda bilirikmi? İlin sonuna kimi yoxsulluğun səviyyəsi 42%-ə çatacaq. Bu, dəhşətlidir. İnsanlar çılpaq yerdə yatırlar. Ermənistanda hər ikinci insan kasıbdır”, - deyə, Manaseryan vurğulayıb.

Onun bildirdiyinə əsasən, yoxsulluq səviyyəsinə görə antirekord Şirak bölgəsinə məxsusdur, orada bu göstərici 60%-i ötüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR