İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb

915 14.08.2022 03:20 Region A A

Ermənistanın keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsus “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb.

Bu barədə Musavat.com  “Shamshyan.com”a istinadən xəbər verir.

Hadisə yerinə gələn polis və müstəntiqlər mərhumun İrəvan sakini, 67 yaşlı Qaqik Arutyunyan olduğunu müəyyən ediblər.

General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla, işçiləri və istirahət edənləri təhqir etməklə, lənətlər yağdırmaqla hədələməyə başlayıblar. Onlar kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.

Polis və müstəntiqlər həmin şəxslərdən ikisini şəxsiyyətini müəyyənləşdiriblər.

Faktla bağlı cinayət işi başlanıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR