İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general Cəlal Arutyunyana qarşı cinayət işi dayandırıldı

610 12.06.2023 15:40 Region A A

Ermənistan ordusunun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi müvəqqəti olaraq dayandırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.

“Hərbi-elmi ekspertiza təyin olunduğu üçün başlanmış cinayət təqibi dayandırılıb. Alınan nəticələr hüquqi qiymətlərin verilməsi baxımından mühüm rol oynayacaq”,-deyə o qeyd edib.

Cinayət təqibinin dayandırılması haqqında qərarı prosesə rəhbərlik edən müstəntiqin təqdimatı əsasında prokuror qəbul edib.

Xatırladaq ki, Ermənistanın Qarabağdakı işğalçı hərbi birləşmələrindən birinə rəhbərlik edən Cəlal Arutyunyan II Qarabağ savaşında yol verdiyi səhvlərə görə və vəzifəsinə səhlənkar yanaşmaqda ittiham edilib.

Cəlal Arutunyana qarşı irəli sürülən ittihamlar əsasən iki epizodla bağlıdır.

Bunlardan biri 2020-ci ilin oktyabrın 6-da Ermənistan ordusunun əks-hücum əməliyyatının uğursuzluğa düçar olması, ikincisi isə oktyabrın 11-də Füzuli rayonunun Cuvarlı kəndində Azərbaycan kəşfiyyatçılarının bütöv bir erməni hərbi birləşməsini məhv etməsi ilə əlaqədardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR