İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni dostu İran bizə dost ola bilərmi? Tehran nə demək istəyir? VİDEO

1658 18.10.2022 09:15 Gündəm A A

Bunlar İranın hərbi təlimindən görüntülərdir. Məkan Güney Azərbaycan, Araz sahili.

Açıq -aydın şəkildə Azərbaycana hədə-qorxudur bu! Başqa bir yer tapmadımı müsəlman qonşumuz, qardaş dediyimiz ölkə? 27 il Ermənistanın əsarətində qalan Azərbaycan-İran sərhədində bu illər ərzində bir dəfə də hərbi təlim keçirilmədi. Ermənistana qarşı bir dəfə də olsun, demarş verilmədi. Tam tərsinə, işğal altındakı sahil qəsəbə və kəndlərimizin talan olunmasında, viran qoyulmaslnda Ermənistanla birgə fəaliyyət göstərib!

Biz torpaqlarımızı azad edəndən bəri isə İran artıq 3-cü hərbi təlimdi, keçirdir.

Dövlətin rəsmiləri deyir ki, hədəf "sionist rejim"dir. Amma tankların lülələri, topların yönü Azərbaycana doğrudur! O başqa məsələdir ki, mövcud texnika köhnə, qır-qındır dəmir yığınıdır. Əsas məsələ özünü İslam dövləti adlandıran İranın bizə münasibətdə Ermənistan kimi davranmasıdır. Məscidlərimizi murdarlayan, dini abidələrimizi, pir və qəbristanlıqlarımızı darmadağın edən, Allahın evində donuz saxlayan Ermənistanla bunca mehriban ikən, bizimlə rəftarı düşməncə, rəqibcə, yadcadır! Niyə axı? Azərbaycan İrana tətbiq olunan bu qədər sanksiyalara heç zaman qoşulmadı, ərazisindən İrana qarşı istifadə olunmasına yol vermədi, hər zaman qardaş, dost olmağa çalışdı. Çünki əslində elə də olmalıdır! İran demək, dünyadakı Azərbaycan türklərinin çoxunluqla yaşadığı ölkə deməkdir. İran demək, başında bir təbrizli dini liderin dayandığı dövlət deməkdir. İran demək, min illik ortaq tarix, ortaq dəyərlər, ortaq ədəbiyyat, ortaq mənəviyyat deməkdir. Amma indi heç də hər şey olacağı kimi deyil. Prezident Rəisinin iqtidara gəldiyi bir gündən İran demək, bizi hər an kürəyimizdən xəncərləməyə hazır olan xain, dönük qardaş deməkdir. Rəsinin İranı Ermənistanı qucağında daşıyan, onu hər fürsətdı bizə qısqırdan k*öpək təlimçisi deməkdir...

Başa düşürük, İran daxilindəki böyük problemdən, xalq etirazlarından diqqəti yayındırmaq istəyir. Amma niyə bizimlə qarşıdurma yolunu seçərək? Bu, İranı daha böyük fəlakətə aparır! Bu dövlətin içərisində 40 milyon azərbaycanlı yaşayır! Bu cür hərəkət onların etirazlarını daha da tətikləyir! Bu cür hərəkət İranın çöküşünü sürətləndirir!

İran bizə düşmənmi, dostmu? Artıq bu suala da gərək qalmır...

Erməni dostundan bizə dost olarmı?



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR