İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diversantlar HÜCUMA keçdi: Sentyabrda döyüş ANONSU verildi - CANLI

1415 16.08.2023 15:49 Son xəbər A A

“Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır”. Musavat.com bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, fəaliyyət göstərir və bütün lazımi yüklərin daşınması üçün açıqdır. Ağdamla Xankəndi arasında cəmi 23 km məsafə var. Diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!”,- o qeyd edib.

Ermənistanın sabiq XİN başçısı Vartan Oskanyan bildirib ki, BMT Təhlükəsizlik Şurasının təcili sessiyasında Azərbaycan “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq müqabilində Laçına yolu açmaq” şərtini irəli sürəcək.

“Nyu-Yorkdakı Ermənistan nümayəndə heyəti məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla bütün prosesi nəzarətdə saxlaya bilməlidir ki, birdən-birə Ermənistanın əlindən çıxmasın. Bu gün nəsə alacağımıza dair müsbət gözləntimiz var”.

O ümid etdiyini bildirib ki, erməni diplomatiyası məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün müxtəlif tərəflərlə düzgün hazırlıq işi görüb.

“Amma əsasən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə, eləcə də digər üzv ölkələrlə açıq şəkildə bildirildi ki, biz Laçın yolunun açılması ilə bağlı bu məsələni TŞ-yə çıxarırıq. Yəni, situasiyanın orada həlli məqsədi və Azərbaycanı bu yolu açmağa məcbur edəcək bəyanat qəbul edilməsi üçün bu addım atılıb”.

Oskanyan Ermənistanın həmin ölkələrin dəstəyini alacağına və birdən-birə həmin qətnamə ətrafında başqa hadisələrin baş verməməsi üçün ümid etdiyini bildirib.

“Çünki bunun təhlükəsi həqiqətən mövcuddur. Ölkələr Ermənistanla Azərbaycan arasında razılığa gəlmək istəyirlər ki, konsensus bəyanatı və ya hansısa qətnamə qəbul edə bilsinlər. Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alsaq, Ermənistan tərəfinin çox mühüm suala cavabı olmalıdır.

Onda Ermənistanın problemi nədir ki, Qarabağ əhalisini qəbul edib, razı salıb, Ağdam marşrutu üzrə humanitar yardımı qəbul etməyə məcbur etsin? Ermənistan tərəfinin bu suala cavabı olmalıdır”.

Sabiq nazirin sözlərinə görə, daha bir təhlükəli hadisə var ki, Azərbaycan “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq müqabilində Laçına yol açmaq” şərtini irəli sürəcək. “ABŞ və digər vasitəçilərin bununla problemi olmayacaq. Onlar Ermənistanı da bu ticarətə getməyə təşviq edəcəklər. Belə bir qətnaməyə razılıq verməsi üçün Ermənistana təzyiqlər olacaq.

Bu, sadəcə olaraq, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək istəyinə son qoyacaq. Çünki belə təsbit beynəlxalq hüquq qüvvəsinə malik olacaq və Qarabağ ermənilərinin hüququna istinad edə biləcək digər etibarlı normaları əhatə edəcək. Ermənistan səlahiyyətlilərinin ağlına belə gəlməməlidir ki, onlar belə ticarətlə məşğul ola bilərlər. Ermənistan səlahiyyətliləri belə bir ticarət üçün Nyu-Yorka getməməlidir, bu, hər şeyə son qoyacaq, belə bir hadisə mümkündür”.
TVMusavat-ın bu gün canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR