İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Paşinyanla bağlı maraqlı AÇIQLAMA  

1277 17.11.2022 16:10 Region A A

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla çərçivə sazişi ilə bağlı bəyanatını şərh etmək çətindir, çünki hansısa məqamda o, fikirlərini kökündən dəyişə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  bunu Ermənistan Milli Assambleyasında müxalif “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan deyib.

Müxalifətçinin fikrincə, hakimiyyət fəal şəkildə insanları çaşdırır. “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk edəcəkmi? Yoxsa bir sənəd imzalayacaqlar bu məsələ də gələcəyə qalacaq? Və biz bunu “sülh dövrü” adlandırmağa hazırıqmı? İki ildir ki, hakimiyyət bizi “sülh dövrü” ilə aldadır. Bu arada düşmən bizim ərazimizdə tam məskunlaşıb”, - deyə Manukyan bildirib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentin tribunasından sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişinin imzalanmasını təklif edib. Onun fikrincə, sülh sazişi yalnız sərhədin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra imzalana bilər. Və bu, illər çəkə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR