İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Orduda və xəstəxanalarda ixtisarlar gedir”

1077 15.11.2022 15:38 Region A A

“Rus sülhməramlılarının nəzarət etdiyi ərazidə - Xocavənd rayonunda hərbi hospital bu yaxınlarda bağlanıb və işçilərə bununla bağlı heç bir izahat verilməyib”.

Musavat.com xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində parlamentin “Ədalət” fraksiyasının deputatı Metaxe Akopyan deyib.

“Uzun müddətdir ki, hiyləgərliklə əvvəlcə ordunun zabit korpusunda, sonra isə aşağı ştatda ixtisarlar aparılıb, indi tibb müəssisələrinə keçiblər. Xankəndi xəstəxanası da eyni vəziyyətdədir. Bəzi proseslər gedir və tamamilə aydındır ki, hər şey silahsızlanmaya doğru gedir. Bununla bağlı işimiz var, amma mən özümüzü qabaqlamaq və mötərizələri açmaq istəmirəm”, - deyə Akopyan bildirib.

Deputat bütün bunların İrəvanın təzyiqi nəticəsində olduğunu deyib:

“Güman edirəm ki, bu, Paşinyanın göstərişi ilə həyata keçirilir və o, Azərbaycan tərəfindən təlimatlandırılıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR