İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Putin arasında Suriya məsələsi ətrafında telefon danışığı olub - VİDEO

518 23.08.2019 19:10 Son xəbər A A

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Putin arasında telefon danışığı baş tutub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin və Ərdoğan arasındakı telefon danışığının əsasında Suriyadakı vəziyyət dayanır.

Ərdoğan bildirib ki, bölgədə yaranmış hazırkı vəziyyət Suriya ilə əldə olunan atəşkəsin pozulmasına, bölgədə çox sayda insan tələfatına,  sülh danışıqlarına və ciddi zərər vurur.

Telefon danışığında Liviyadakı mövcud vəziyyət də müzakirə olunub. 

Suriyanın şimal-qərbində yerləşən İdlib ölkədaxili mübarizənin əvvəlindən müxaliflərin sığınacaq yeri olub.

Bölgədə sabitliyi qorumaq üçün Türkiyə, Rusiya, İran 2017-ci il mayın 5 Astanada keçirilən yığıncaqda İdlib və ətrafını "Gərginliyin azladılmasıbBölgəsi" elan edib.

Rejim qüvvələrinin əldə olunan atəşkəsi tez-tez pozmasından sonra Rusiya ilə Türkiyə yeni bir razılaşmaya imza atıb. Lakin Əsəd rejimi bütün bu razılaşmalara rəğmən sabitliyi pozmağa davam edib.

Açıqlanan məlumata görə, əldə olunan razılaşmalardan bu yana bölgədə 843 vətəndaş dünyasını dəyişib, 945 min 992 nəfər yurdundan didərgin düşüb.

Astana və Soçi razılaşmalarından sonra Əsəd ordusu ötən gün İdlibi ələ keçirib.

Rusiya tərəfi isə öz növbəsində Əsədin bu addımdan məmnun qaldıqlarını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR