İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İstanbuldakı terror aktı ilə bağlıaçıqlama - VİDEO

3418 14.11.2022 07:21 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 zirvəsində iştirak etmək üçün yola çıxmazdan öncə hava limanında mətbuat üçün açıqlama verib.

Musavat.com-un xəbərinə görə, Ərdoğan İstanbulda törədilən terror hadisəsini qınayıb və deyib ki, heç kim Türkiyəni terror ilə təslim ala bilməyəcək:

"Bu hadisələrin arxasında duranlar, onu törədənlər öz cəzasına çatdırılacaq".

Türkiyə prezidenti həmçinin hadisədə 6 nəfərin həlak olması haqda məlumat verib. Bildirib ki, dördü hadisə yerində, ikisi isə xəstəxanada olmaqla 6 itki var, 53 nəfər yaralanıb. 

Toğrul İSMAYIL
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR