İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyəni terror təşkilatı ilə diz çökdürə biləcəklərini düşünənlərə SƏSLƏNDİ

385 05.03.2024 01:49 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin cənub sərhədləri boyunca, İraq və Suriyada mövcud təhdidləri aradan qaldırmaq üçün hazırlıq görüldüyünü deyib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra danışıb.

“Biz İraq sərhədlərimizdə təhlükəsilziyi təmin edəcək halqanı tamamlamaq üzrəyik. İnşallah, bu yay İraq sərhədlərimizlə bağlı məsələni həmişəlik həll etmiş olacağıq. Biz bölgədəki hər kəsi onlara aydın şəkildə izah etdiyimiz təhlükəsizlik strategiyamıza hörmətlə yanaşmağa dəvət edirik. Əks halda, yaranacaq gərginliyin səbəbkarı olacaqlar”, - deyə Ərdoğan bəyan edib.

O əlavə edib ki, Türkiyəni cənub sərhədləri boyunca terror təşkilatı ilə diz çökdürə biləcəklərini düşünənlərə yeni kabuslar gətirəcək hazırlıqlar aparılır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR