İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Trampı belə qarşıladı - FOTOLAR/VİDEO

1456 07.07.2026 15:40 Son xəbər A A

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Musavat.com-un məlumatına görə, Trampı daşıyan "Air Force One" təyyarəsi Ankara Hava Limanına eniş edib.

ABŞ prezidentinin gəlişindən bir neçə dəqiqə əvvəl isə ABŞ nümayəndə heyətini daşıyan təyyarə də Ankaraya çatıb.

Məlumata görə, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə keçirilən NATO Zirvəsində iştirak edəcək. O, rəsmi qarşılanma mərasimindən sonra Prezident Kompleksi – Beştəpəyə yollanacaq.

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün bu gün saat 15:00-da Prezident Sarayında başlaması gözlənilir. Görüşdə NATO-nun gündəliyi, Türkiyə–ABŞ münasibətləri və regional proseslərin müzakirə ediləcəyi bildirilir.

Trampın Ankaraya gələn nümayəndə heyətində ABŞ Dövlət katibi Marko Rubio, Xəzinədarlıq naziri Skott Bessent, Müdafiə naziri Pit Heqset, eləcə də Ağ Evin yüksəkvəzifəli rəsmiləri və prezidentin müşavirləri yer alır.

NATO Zirvəsi ərəfəsində Ankara şəhərində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Ankara Hava Limanı, əsas magistrallar və dövlət başçılarının hərəkət marşrutları polis və jandarma qüvvələrinin nəzarətinə götürülüb. Şübhəli hesab edilən avtomobillər saxlanılaraq yoxlanılır, qayda pozuntularına yol verən sürücülər barəsində inzibati tədbirlər görülür.

Sammit münasibətilə Ankara Hava Limanı və Turqut Özal Bulvarı boyunca NATO-ya üzv 32 ölkənin bayraqları asılıb. Şəhərin müxtəlif nöqtələrində "Sülhdə Ortaq Gələcək", "Təhlükəsizliyin Açarları" və "Sülhün Açarları" şüarlarını əks etdirən bannerlər yerləşdirilib.

Rəsmi məlumata görə, NATO Zirvəsinin təhlükəsizliyini təmin etmək üçün Ankarada ümumilikdə 56 min təhlükəsizlik əməkdaşı – 49 min polis və 7 min jandarm xidmət aparır. Təhlükəsizlik tədbirlərinin sammit başa çatdıqdan sonra da bir müddət davam etdiriləcəyi bildirilib.

Musavat.com





ABD Başkanı Donald Trump, Ankara'da









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR