İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ankarada Rusiya ilə bağlı elə sözlər dedi ki... - VİDEO

2640 07.07.2026 17:22 Siyasət A A

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edərək Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizliyi və NATO ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Zelenski çıxışında Ukraynanın NATO üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

"Ukrayna NATO-ya məxsusdur. Çünki Ukrayna alyansın gələcəyinin bir hissəsidir", – deyən Ukrayna lideri ölkəsinin müharibədə qazandığı təcrübənin NATO-nun gələcək müdafiə strategiyasına mühüm töhfə verəcəyini bildirib.

Zelenski Avropa ölkələrini ballistik raket təhlükəsinə qarşı müdafiə imkanlarını təcili şəkildə gücləndirməyə çağırıb. O, xüsusilə Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalının sürətləndirilməsinin vacibliyini qeyd edib.

Ukrayna prezidenti bildirib ki, Patriot sistemlərinin istehsal lisenziyaları ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparılır və müttəfiqləri bu prosesi dəstəkləməyə çağırıb.

"Avropanın ballistik raketlərə qarşı müdafiə sistemlərinə gələcəkdə deyil, elə bu gün ehtiyacı var", – deyə Zelenski vurğulayıb.

O, həmçinin Rusiyanın artıq əvvəlki strateji üstünlüyünü itirdiyini iddia edib. Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın hərbi və enerji infrastrukturuna ciddi zərbələr endirir.

"Dünən Ukrayna dronları Sibirdə yerləşən neft emalı zavodunu vurdu. Artıq Rusiyada Ukraynanın hədəf almadığı iri neft emalı zavodu qalmayıb", – deyə o bildirib.

Zelenski əlavə edib ki, Ukrayna ordusu hər ay orta hesabla 30 minə yaxın Rusiya hərbçisini zərərsizləşdirir. Onun sözlərinə görə, təkcə iyun ayında təxminən 28 min Rusiya hərbçisi sıradan çıxarılıb və bu məlumatlar video görüntülərlə təsdiqlənib.

Çıxışının sonunda Zelenski müharibənin ağır nəticələrinə toxunaraq bildirib ki, Ukrayna bu vəziyyətlə fəxr etmir.

"Bu, bizim başlamadığımız, amma müdafiə olunmaq məcburiyyətində qaldığımız müharibədir. Məqsədimiz ölkəmizi qorumaq və müasir müharibənin yaratdığı dağıntıları dünyaya göstərməkdir", – deyə Ukrayna lideri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR