İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Pezeşkian haqda suala GÖRÜN NECƏ CAVAB VERDİ: "Əslində o..." - FOTO

4881 07.07.2024 16:41 Son xəbər A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya dönüşü təyyarədə jurnalistlərin suallarına cavab verib.

Musavat.com bildirir ki, həmin suallardan biri də İranın yeni prezidenti Məsud Pezeşkianla bağlı olub.

SUAL: Bu yaxınlarda İranda seçki oldu və türk əsilli prezident seçildi. Yeni prezident Məsud Pezeşkian türk kimliyini gizlətməyən və hər zaman iftixar etdiyini söyləyən biridir. Sizcə, bu vəziyyət bundan sonra Türkiyə-İran münasibətlərinə təsir edəcəkmi? Bununla bağlı qiymətinizi ala bilərikmi?

Ərdoğan: Mesut Pezeşkian əslində Azərbaycan əsilli türkdür. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada da kürdcə danışa bilir. O, fars dilini də mükəmməl bilir. Qayıdandan sonra onunla əlaqə saxlayıb təbrik edəcəyəm. İnşallah, Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq. Üstəlik, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə, müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR