İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan bu gün Putinlə nədən danışdı…

879 22.10.2019 18:26 Dünya A A

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş olub.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezidentlər Soçidə keçirilən Zirvə toplantısından öncə təkbətək görüşərək, Suriya məsələsini müzakirə ediblər. Hər iki dövlət başçısı mətbuata açıqlamasında regiondakı qarışıqlığa toxunublar.

R.T. Ərdoğan həmkarı ilə görüşünü "bu, sülhün daha güclü şəkildə ələ alınmasına imkan verəcək" - deyərək, qiymətləndirib.

Rusiya prezidenti Vladimir Putin isə açıqlmasında qeyd edib ki, regiondakı vəziyyətlə bağlı çox fərqli dinamikalar var, bunu dərk edirlər. Rusiya prezidenti inanır ki, bu görüş və məsləhətləşmələr çox səmərəli olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR