İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik”

767 17.09.2023 17:40 Siyasət A A

"Avropa İttifaqı Türkiyədən qopmağa çalışır".

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçiriləcək 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl Atatürk Hava Limanındakı mətbuat konfransında deyib.

O, Avropa Parlamentinin (AP) 2022-ci il hesabatında yer alan Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

"Əziz dostlar, mənim qiymətləndirməmi çox dəqiq bilmək istəyirsinizsə, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Onun bu istiqamətdə addımlar atdığı bir dövrdə biz də proseslərə qiymət verəcək və bu qiymətləndirmələrdən sonra Avropa Birliyi ilə yollarımızı ayıra bilərik", - deyə dövlət başçısı bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR