İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əmioğlu" ləqəbli kriminal şəxsə hökm oxundu - Adam öldürüb basdırıb

812 16.11.2021 16:05 Kriminal A A

Sumqayıtda bir neçə ağır cinayət törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1970-ci il təvəllüdlü Eldar Cabbarov cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən E.Cabbarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

E.Cabbarov daha əvvəl də məhkumluq həyatı yaşayıb.

E.Cabbarova qarşı bir neçə ağır maddə ilə ittiham irəli sürülüb. O, qəsdən adam öldürmə, hədə-qorxu ilə tələb etmə, külli miqdarda narkotik maddə əldə etmə və satma, odlu silah əldə etmə maddələri ilə təqsirləndirilir.

Dəfələrlə məhkum olunmuş Eldar Cabbarov “Əmioğlu” ləqəbli ilə tanınıb.

Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək də götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4 350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Əməliyyat tədbirləri ilə onun Sumqayıt şəhəri ərazisində idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR