İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov rusiyalı məşhurla Moskvada restoran açdı - FOTOLAR

1585 13.03.2019 12:39 Şou-biznes A A

Martın 11-də Azərbaycanın Xalq artisti Emin Ağalarov və Rusiyanın tanınmış müğənnisi Qriqori Lepslə bərabər Moskvada "Lesnoy" adlı restoran açıb.

BAKU.WS-in "Crocus Group"a istinadən məlumatına görə, məkanın açılışında Emin, Qriqori Leps, Viktoriya Daynenko, MBAND, Natan, MC Doni, CYGO, Artik & Asti, Artyom Kaçer, "Fabrika" qrupu və başqa artistlər çıxış ediblər. Gecənin aparıcılığı Yana Koşkina və Konstantin Tarasyuka həvalə edilmişdi.

Gecəyə təşrif buyuranların arasında "Crocus Group"un prezidenti Aras Ağalarov, Filip Kirkorov, Rita Dakota, Yuliya Baranovskaya, Yuri Aksüta, İrina Çaykovskaya, Mişa Marvin və başqaları olub.

Xatırladaq ki, Eminlə Qriqori Lepsin "Рюмка водки" adlı daha bir restoranı var. Emin həmin restoranı daha bir neçə şəhərdə, eləcə də Bakıda açmaq niyyətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR