İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Rüstəmov: “Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollara çatıb”

652 16.11.2021 13:07 İqtisadiyyat A A

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdəki büdcə müzakirələrindəki çıxışı zamanı ölkəmizin valyuta ehtiyatlarının artdığını söylədi. Bildirdi ki, cari ildə Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollara çatıb.

“Milli malyutanın məzənnəsi ilin əvvəlindən sabitdir. İlin əvvəlindən manat möhkəmlənmə həddində olub. Cari ildə pul bazası 7,3 faiz artıb”, E.Rüstəmov əlavə etdi. Bank rəhbərinin sözlərinə görə, son iki ildə vaxtı keçmiş kreditlərin həcmi 10 faizdən 5 faizədək azalıb ki, bunun da əsas səbəbi hökumətin gördüyü tədbirlər, dəstək proqramlarıdır.

 E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR