İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Mirəliyev: "Mən müsavatçı olmuşam"

4078 21.01.2015 14:25 Siyasət A A
Müsavat Partiyasının üzvü Yalçın Abbaslı sosial şəbəkədə status yazaraq bildirib ki, vaxtilə müğənni Əli Mirəliyevi partiyaya gətirib ona zəmanət verdiyi üçün peşimandır.
“Əli Mirəliyev Müsavat Partiyası Yasamal rayon tәşkilatının üzvü olub. Ona zәmanәt verәnlәrdәn biri dә mәhz mәn olmuşam. Ona zәmanәt verdiyimә görә çox peşmanam”.
Müğənni Ə.Mirəliyev “Yeni Müsavat”ın əməkdaşına açıqlama verərək bildirib ki, həqiqətən vaxtilə partiyanın üzvü olub:
“1992-ci illərdə Müsavat Partiyasının yeni yarandığı dövrdə mən də partiyaya üzv oldum. Özü də tək deyil, kamança ifaçısı  Ağacəbrayıl Abbasəliyevlə birgə. Lakin partiya daxili çəkişmələri, davaları görüb təəssüfləndim. Ağacəbrayıl Abbasəliyevlə məsləhətləşib təxmini iki ildən sonra partiyanı birgə tərk etdik. Həmin dövrlərdə partiyadakıları tanımaq olmurdu, çoxları qaçıb xaricdə gizlənirdi, vətəndaşlardan pul yığırdılar və s. Bütün bunları görüb öz qərarımı vermişdim. Yalçın Abbaslı adlı şəxsi isə qətiyyən tanımram. Mən öz iradəm ilə partiyaya gəlib, öz iradəm ilə də tərk etmişəm”.
Müğənni bir daha dediyi ifadəsinin üstündə qalaraq bildirib ki, ölkədə müxalifətin fəaliyyəti demək olar ki, yoxdur:
“Azərbaycanda müxalifətin olmadığını tək mən demirəm, bunu hamı deyir.  Bu yaxınlarda jurnalda dərc olunan peyğəmbərin karikaturası ilə əlaqədar bir çox müsəlman ölkələrində aksiyalar oldu. Amma bizdə müxalifət buna reaksiya verdimi, səsini ucaltmadı? Bakıda heç olmasa 10 adam çıxıb etirazını bildirdimi? Məgər biz müsəlman deyilik, dinimiz İslam dini deyil? Amma Çeçenistan böyük Rusiya ilə davaları olduğu halda öz səsini bildirdi”.
Müğənni sonda onu da qeyd etdi ki, hal-hazırda heç bir partiyanın üzvü deyil:
“Əvəllər çox adama inanırdım, amma indi heç kimə inamım yoxdur. Buna görə də heç bir partiyaya inanmıram və heç bir partiyanın üzvü deyiləm”.

Xalidə Gəray 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR