İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehsan Zahidov: “Azərbaycanda qadın-polis qarşıdurması deyilən bir problem olmayıb, yoxdur və olmayacaq”

644 15.11.2021 17:52 Ölkə A A

Bəzi qruplar sosial şəbəkələr üzərindən belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanda polis müxalifyönlü qadınlara qarşı sərt davranış göstərir.

Musavat.com mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidova müraciət edib:


-Piket və ya aksiya keçirməyə cəhd edən qadınlara qarşı polis əməkdaşlarının kobud davranması nəticəsində bu gün cəmiyyətdə qadın-polis qaşıdurmasının müşahidə edildiyi haqda sosial şəbəkələrdə müəyyən fikirlərə rast gəlinir. Sizin belə iddialara münasibətinizi necədir?

- Tamamilə əsassız və məqsədli şəkildə uydurulmuş iddialardır. Ölkəmizdə polisin fəaliyyəti göz önündədir. Azərbaycan Polisi cinayətkarlığa qarşı barışmaz mövqe tutsa da, asayişin pozulmasına yönəlmiş hərəkətlər edən qadına qarşı hər zaman səbirli və təmkinli davranıb. O ki qaldı piket və ya aksiya keçirmək istəyən xanımlara, DİN-də dəqiq məlumat var ki, hələ 2019-cu ilin oktyabr-noyabr aylarından başlayaraq radikal müxalifət öz siyasi ambisiyaları naminə bir qrup qadını şirnikləndirici vədlər verməklə küçələrdə piketlər keçirməyə yönəldiblər. Onlar belə düşünür ki, həmişə qanunsuz, icazəsiz aksiyalara qarşı sərt olan polis qadınlara qarşı da eyni hərəkətləri sərgiləyəcək. Amma yanılırlar. Hər zaman, bu gün də Azərbaycan polisi qadına böyük ehtiramla yanaşıb, hətta olub ki, aksiyaçı qadın öz oğlu yaşda olan polis əməkdaşlarına əl qaldırıb, təhqir edib, yenə də polis ona qarşı hər hansı zor işlətməyib, kobudluq etməyib.

Sakitləşdirərək ərazidən uzaqlaşdırıb. Bir qrup qadını öz siyasi ambisiyalarına qurban verən radikal müxalif düşərgə hətta feministlərin köməyindən belə istifadə etməyi qərara alaraq onları da xırda bir bəhanə ilə küçələrə çıxmağa və qəsdən polislə qarşıdurmaya getməyə sövq edir. Yenə də polis onların bu bəd niyyətini puça çıxararaq qadına qarşı öz hörmətini, öz təmkin və səbrini nümayiş etdirir. Sosial şəbəkələrdə rast gəlinən qeyd etdiyiniz statusları yazan və yazdıran da elə həmin qadınların arxasında gizlənən qaragüruhdur. Biz onları da yaxşı tanıyırıq, onların niyyətlərini də gözəl bilirik. Ona görə də tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda qadın-polis qarşıdurması deyilən bir problem olmayıb, yoxdur və olmayacaq da. Çünki polislərimizin ümumən Azərbaycan vətəndaşlarına, xüsusən də xanımlarına diqqəti, qayğısı və hörməti əbədidir, heç bir qüvvə o münasibəti öz çirkin niyyəti naminə dəyişə bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR