İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Obalı: “Güney Azərbaycan Cümhuriyyətinin yaranması mümkündür, zəruridir və olacaq da”  

590 07.12.2022 17:50 Region A A

“Quzeylə və Güneyin birləşməsi də zəruridir və bu, baş verəcək. Sadəcə bu proseslər fəaliyyətlərin nəticəsindən asılıdır”.

Bu sözləri “Günaz TV”nin rəhbəri Əhməd Obalı Musavat.com-a açıqlamasında deyib. Əhməd Obalı qeyd edib ki, bu prosesdə Güney Azərbaycanın müstəqillik əldə etməsi mütləq şəkildə birinci mərhələdə olacaq:

“İndi yaxşı fürsət yaranıb. Belə ki, dünyada, bölgədə gedən proseslər, əlavə olaraq Azərbaycan dövlətinin açıq-aşkar Güney Azərbaycana dəstək verməsi çox gözəl əhval-ruhiyyə yaradır ki, bu da Güney Azərbaycan Cümhuriyyətinin yaranmasına təsir edəcək”.

Əhməd Obalı qeyd etdi ki, İranın daxili və xarici siyasətindəki ümumi problemlər, o cümlədən digər ölkələrin daxili işlərinə qarışması, Rusiyaya silah verməsinin milli məsələyə aidiyyəti yoxdur:
“Əlbəttə ki, İran dövlətinin zəifləməsini istəyirik. Milli məsələ isə millətlərin məsələsidir. İndiyənə qədər bura yalnız Azərbaycan və türk dünyası ilə bağlı məsələlər aiddir. Biz başqa ölkələrin məsələsinə qarışmaq istəmirik, çünki bizi yanlış yola çəkərlər. Ona görə də Güney Azərbaycan hərəkatı doğru qərar verib ki, bizə başqalarının vəkili olması lazım deyil, gərəkirsə buna görə Azərbaycanımız var”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR