İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi komandirin xatirəsi anıldı

1849 07.06.2017 14:29 Son xəbər A A

Bərdə rayonu ərazisində yaradılmış “Azadlıq” batalyonunun əfsanəvi komandiri Ələmşah Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Musavat.com-a QAT-dan məlumat verilib. Tanınmış yazıçı, jurnalist Məzahir Süleymanzadənin aparıcılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və döyüşçülərdən Akif Nağı, Gəray Əsədov, Aida Şirinova, Fuad Rzayev, Səbirə Mahmudova, Nemət Pənahlı, Əvəz Zeynallı, Şəmistan Əzizamanlı və digərləri çıxış edərək Ələmşah Məmmədovun həyatı, döyüş və mübarizə yolundan danışıblar. Döyüşçü-yazar Əkbər Mirzəzadənin yazdığı “Azadlıq” Xalq Ordusu” adlı kitab təqdim olunub.

Müəllif kitabın Ələmşah Məmmədovun həyat və döyüş yoluna işıq saldığını bildirib, kitabın məzmunu haqqında qısa məlumat verib. Əfsanəvi komandirin ailəsi adından oğlu Hikmət Əliyev çıxış edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR