İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏDV ilə bağlı YENİ XƏBƏR - 9 ay ərzində...

1282 06.10.2025 16:06 Ölkə A A

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin təxminəm 140 milyon 216 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Musavat.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

8 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 7 milyon 928,2 min manat təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR