İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dənizçilərinin olduğu gəmiyə dron HÜCUMU - VİDEO

360 25.07.2026 20:31 Dünya A A

Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" adlı quru yük gəmisi dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə zamanı gəmidə ümumilikdə 22 nəfər heyət üzvü olub. Onlardan 19-u Azərbaycan, 1-i

Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.

Məlumata görə, dron hücumuna baxmayaraq, heyət üzvlərinin hamısı sağ-salamatdır. Hadisə nəticəsində dənizçilər arasında xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları və gəminin aldığı zərərin miqyası ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR