İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevin təklifi, Putinin cavabı – Rusiya “savaşa davam” modundadır

354 25.07.2026 21:12 Dünya A A

Rusiyanın Omsk şəhərində keçirilən görüşdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Ukraynada aparılan müharibəyə son qoymağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tokayev iki tərəfin münaqişəni dondurataq "İstanbul formul”na qayıtmasını düzgün saydığını bildirib.

Qazaxıstan lideri mövqeyini qarşıdurmanın səbəblərinin bir çox ölkə üçün hələ də aydın olmadığını bildirməklə izah edib.

O, vəziyyəti Azərbaycan və Ermənistan arasındakı mübahisə ilə müqayisə edib. Qazaxıstan prezidentinin sözlərinə görə, bu münaqişənin mənşəyi aydın və tarixi idi.

Tokayev bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti bir çoxları, o cümlədən Qazaxıstan üçün tam aydın deyil.

O, həmçinin bildirib: "Bütün bunlara son qoyulmalıdır. Bu, Rusiyanın və Ukrayna xalqının düşmənlərinin əlinə işləyir".
.
Putin Tokayevi Ukraynadakı hadisələrin gedişatı barədə məlumatlandıracağına söz verib.

Qeyd edək ki, müharibənin davam etdiyi 4 il yarımda Rusiya Ukraynadan heç vaxt almadığı qədər ağır zərbələri son aylarda alıb: ölkədə yanacaq qıtlığı, əsgər çatışmazlığı hökm sürür, digər resursların tükəndiyi hiss olunur, ancaq Kreml hələ də müharibəni sonlandırmağı düşünmür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR