İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən ŞOK ETİRAF: İran bazaları vurmaq üçün ən təhlükəli raketini İŞƏ SALDI - VİDEO

456 25.07.2026 21:19 Dünya A A

İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına təşkil edilən zərbələrdə “Xeybər Şekan” (Kheibar Shekan) ballistik raketlərindən daha tez-tez istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, Tehran ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemlərinin işini çətinləşdirmək məqsədilə hücumlar zamanı müxtəlif trayektoriya və uçuş sürətinə malik raketləri, manevr edən döyüş başlıqlarını, pilotsuz uçuş aparatlarını (PUA) və digər tip raketləri eyni anda tətbiq edir.

Amerikalı rəsmilər hücumlar zamanı hədəflərin böyük əksəriyyətinin zərərsizləşdirildiyini bildirsinlər də, bəzi raketlərin hava hücumundan müdafiə sistemini yara bildiyini etiraf edirlər.

WSJ qeyd edir ki, təxminən 1450 kilometr uçuş məsafəsinə malik “Xeybər Şekan” raketləri aşağı maya dəyəri, mobil olması, yüksək dəqiqliyi və sürətli buraxılış imkanlarına görə İranın raket arsenalındakı ən kritik silahlardan biri hesab olunur. Bu raketin bəzi modifikasiyaları kiçik mühərriklə təchiz olunmuş manevr edən döyüş başlığına malikdir. Bu xüsusiyyət raketə uçuşun son mərhələsində trayektoriyasını dəyişməyə imkan verir ki, bu da onun HHM sistemləri tərəfindən vurulmasını kəskin şəkildə çətinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR