İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabi dünyanın ən mədəni şəhərləri siyahısında ikincidir

440 26.07.2019 11:29 Son xəbər A A

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Skyscanner” biletlərin bron edilməsi internet-portalının araşdırmasının nəticələrinə görə, dünyanın ən mədəni şəhərləri siyahısında ikinci yerdədir.

AZƏRTAC “Arabian Business” elektron nəşrinə istinadla xəbər verir ki, İtaliyanın Florensiya şəhəri dünyanın ən mədəni şəhəri adlandırılıb. Məşhur Luvr muzeyinin filialı və Şeyx Zayedin Böyük məscidi olan Əbu-Dabi, həmçinin Yaxın Şərqin səyahətçilərin dünya görüşünü genişləndirən ən cazibəli şəhəri sayılıb.

Resursun məlumatına görə, BƏƏ-nin paytaxtında elektron musiqinin populyarlaşdırılması, çoxlu sayda tarıxı və mədəni irsə aid abidələrin mövcudluğu da turistlərin diqqətini cəlb edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR