İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada son bir ilin ən çox məhsuldar ötürmə edən futbolçuları - SİYAHI

776 08.03.2023 16:27 İdman A A

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi CIES dünyanın 75 liqasında son bir il ərzində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb. Cədvəl oyunçuların assist sayı və çempionatın səviyyəsi nəzərə alınaraq formalaşdırılıb.

İlk pillədə “Mançester Siti”nin futbolçusu Kevin De Bruyne yer alıb. O, son bir il ərzində 18 qolun ötürməsini edib. İkinci yerdə “Barselona”nın vingeri Usman Dembele qərarlaşıb. Fransalı oyunçunun aktivində 14 assist var. 3-cü pillədəki Lionel Messi daha çox - 17 məhsuldar ötürmə müəllifi olub. Ancaq Fransa Liqa 1-in əmsalı aşağı olduğundan PSJ-nin hücumçusu Dembeledən geridə yer alıb.

Sıralamada ilk “10-luq” belədir:

1. Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə) - 18 məhsuldar ötürmə
2. Usman Dembele (“Barselona”, İspaniya) - 14
3. Lionel Messi (PSJ, Fransa) - 17
4. Duşan Tadiç (“Ayaks”, Niderland) - 19
5. Neymar (PSJ, Fransa) - 14
6. Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə) - 12
7. Bukayo Saka (“Arsenal”, İngiltərə) - 11
8. Antuan Qrizmann (“Atletiko”, İspaniya) - 11
9. Ahmed Sayed (“Zamalek”, Misir) - 19
10. Mayk Tresor (“Genk”, Belçika) - 18

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR