İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya üzrə koronavirusa qarşı 1,5 milyard doza peyvənd istifadə olunub

233 19.05.2021 15:39 Son xəbər A A

Bütün dünyada indiyə qədər koronavirus əleyhinə 1,5 milyard dozadan çox peyvənd istifadə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsaslanaraq hesablamalar aparan Con Hopkins Universitetinin dərc etdiyi məlumatda bildirilir. Universitetin məlumatına əsasən, indiyə qədər dünyada 1 milyard 507 milyon 616 min peyvənddən istifadə olunub.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytında yerləşdirilən informasiyaya görə, hazırda bütün dünyada koronavirusa 164 milyon 930 min nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 420 min nəfərə, sağalanların sayı isə 143 milyon 915 min nəfərə çatıb.

ABŞ həm COVID-19 infeksiyasına yoluxanların, həm də bu xəstəlikdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa 33 milyon 774 min nəfər yoluxub, 601 min 330 nəfər həyatını itirib.

Yoluxanların sayına görə ikinci-üçüncü pillədə Hindistan və Braziliya qərarlaşıb. Hindistanda indiyədək 25 milyon 496 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 283 min 376 nəfər vəfat edib. Braziliyada isə pandemiya dövrü ərzində 15 milyon 735 min nəfərdə virus aşkarlanıb, onlardan 439 min 379 nəfəri ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR