İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya şöhrətli alim Əziz Səncər Bakıda xərçənglə bağlı elə bir AÇIQLAMA verdi ki... - FOTOLAR

11777 01.06.2024 21:54 Gündəm A A

Dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndələyində "Əziz Səncər gənclərlə başbaşa" proqramı çərçivəsində gənclərlə görüşüb.

Musavat.com xəbər verir ki, Əziz Səncər proqram çərçivəsində gənclərə tövsiyələrini verib və ölkəmiz haqqında təəssüratlarını bölüşüb: 

"Qəlbimdə Azərbaycanın ayrı bir yeri var. Hər fürsətdə Bakıya gəlmək istəyirəm. Bu dəfə də konfranslarda iştirak etmək və tələbələrə elm sahəsini aşılamaq üçün gəlmişik. Azərbaycanlı qardaşlarımı görməkdən məmnunluq duyuram".

Əziz Səncər onu da vurğulayıb ki, hazırda elm sahəsində beyin xərçənginin müalicəsi mövzusunda çalışır.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç isə proqramın əhəmiyyətindən danışıb:

"Əziz Səncər Yunus Əmrə və Mehmet Akif kimi örnəklərimizdən biridir. "Əziz Səncər gənclərlə başbaşa" proqramı çərçivəsində elm, tarix və  mədəniyyət haqqında gənclərimizi məlumatlandırmaq üçün onların böyük alimlə görüşünü təşkil etdik. Türkiyə və Azərbaycanın, daha böyük ailəmiz olan Türk dünyasında elmin, mədəniyyətin, türk şüurunun kompozisiyalarını birbaşa dinləyərək reallığı görmək istədik.  Problemlərimizi görmədən özümüzü kəşf edə bilmərik. Problemləri həll etmək üçün də ilk növbədə özümüzə düzgün suallar verməliyik. Elm "niyə" və "necə" deyə soruşur,  mədəniyyət isə hisslə bağlıdır və bizə xasdır. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və qohumluq bağı ilə yanaşı, strateji elmi və mədəni əlaqələr bizi bu coğrafiyada daha güclü və hakim edəcək. Universitet tələbələrinə Əziz Səncərin "Elm və inkişaf üzrə aforizmlər" kitabını da təqdim etdik. Kitab böyük alimin intellektual düşüncələri ilə yanaşı, həyat macərasından və təcrübəsindən bəhs edir. Bu kitab gənclərə gələcəkləri üçün işıq olacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR