İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bazarına çıxarılan neft həcmləri kəskin azalıb

323 15.02.2024 23:48 Dünya A A

2024-cü ilin yanvar ayında dünya bazarına gündəlik neft təklifi 1,4 milyon barel azalaraq 101,45 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin statistik məlumatlarında deyilir.

Agentlik bildirir ki, qlobal tədarükün azalmasının səbəblərindən biri əlverişsiz hava şəraiti olub. Belə ki, Şimali Amerikada kəskin soyuqlar nəticəsində neft hasilatında fasilələr qeydə alınıb. Nəticədə yanvarda ABŞ-da orta gündəlik hasilat 540 min barel, Kanadada isə 360 min barel azalıb.

Bundan əlavə, qlobal xammal tədarükünün kəskin azalmasına OPEC+ sazişində iştirak edən bir sıra ölkələrdə hasilatın əlavə könüllü azaldılmasının qüvvəyə minməsi də təsir edib. Bu, dünya tədarük həcmindən gündə təxminən 300 min barel itkiyə səbəb olub.

Qlobal tədarükün azalmasına səbəb olan digər amil Qırmızı dənizdə geosiyasi gərginliyin artmasıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR