İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünənə qədər bu madam qondarma qurumun müdafiəsi üçün yaxasını cırırdı” - politoloq

1270 17.01.2023 19:27 Gündəm A A

“Mənim düşüncəmə görə, Fransa, indiki halda Makronun simasında mövqeyini heç vaxt dəyişməyəcək. İndiki halda Makronun Azərbaycanla bağlı yumşaq davranması ənənəvi fransız jestidir və bunun fransızcası ikiüzlülükdür”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri rəsmi Parisin Azərbaycana yönəlik reveransları barədə Musavat.com-a açıqlamasında söyləyib.

Siyasi şərhçi bildirib ki, hər bir ölkənin dövləti maraqları var və Ermənistana münasibətdə Fransanın etdiyi "artistliklər" nəticə verməyi üçün indi manevr edirlər: “Həm də Fransanın son iki üç ildə səylərinə rəğmən, Avropanın digər ölkələrinin Azərbaycana münasibətinin dəyişməməsi yeni bir tavr ortaya qoyulmasını qaçılmaz etdi. Azərbaycan prezidentinin Fransanın "vasitəçilk", "tərəfsizlik" anlayışının ifşa edilməsindən sonra bəzi dairələr özlərini yığışdırmalı oldular. Əlbəttə, Fransa anladı ki, Qarabağ ermənilərinin hansı statusa malik olmalarına rəsmi Paris qərar verə bilməz, ona hökm vermək səlahiyyəti BMT-nin ayrılmaz tərkib hissəsi kimi tanıdığı ölkənin rəhbərliyinə məxsusdur və buna Azərbaycan qərar verəcək”.

Fransa Milli Assambleyasının rəhbəri Bron- Pivenin Ermənistanda səsləndirdiyi loyal fikirlərə gəldikdə, Q.Çaxmaqlı dedi ki, o, İrəvanda bunları deməyə məcbur idi: “Amma dünənə qədər bu madam başqa mövqe tuturdu və Fransa Senatında qondarma qurumun tanınması və onun hərbi cəhətdən müdafiəsi üçün yaxasını cırırdı. Bir çoxları Azərbaycana qarşı sanksiyalar verilməsi üçün bağırırdılar. Özəlliklə Fransanın Ermənistanı birmənalı müdafiə etməsi bölgədəki durumun normallaşmasına çox zərər vurmuşdu və hələ də Erməni Diasporu və revanşist qüvvələr Fransaya ümid edirlər. Fransanın bu gün atdığı addımlar, səsləndirilən bəyənatlar, çağırışlar ümumi siyasəti dəyişdirməz, olsa-olsa ona korrektə etmək xarakteri daşıyır”. Politoloq qeyd etdi ki, bu mövqedən də çıxış edərək Fransanın bizə dost müvqeyi barədə tələsik açıqlamalar vermək yanlış siyasət olardı: “Nəzərə almalıyıq ki, Fransanın ənənəvi erməni yanlısı olmaq təcrübəsi var və bu ağaılsız ermənilər də həmişə kiminsə maşası, aləti olmağa meyllidirlər. Həm də Fransadakı erməni diasporunun təsir imkanları məhdudlaşmayıb, əksinə daha da artıb. Amma Azərbaycanın davamlı və qərarlı addımlarının nəticəsidr ki, artıq Fransa siyasət və diplomatiyasında bəzi korrektələrə gedir. Ermənistsnın Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq kontingentin bölgəyə gətirilməsi arzusu isə mümkün olmayan işdir. Azərbaycanın icazəsi olmadan heç bir missiya buraya daxil ola bilməz. Fransada da bunu artıq anlamışlar. Amma yenə deyirəm Fransa kimi bir erməni yanlısı dövlətə inanmaq olmaz. Siyasətimizi doğru qurmalıyıq”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR