İnsanlara hürriyət, millətlərə istiqlal!

Domodedovoda vurulan kompleks kimə məxsus imiş?

3081 20.07.2026 14:59 Dünya A A

Moskva vilayətinin Domodedovo şəhər dairəsində yerləşən və bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Yujnıye vorota” logistika kompleksinin Rusiya prezidenti Vladimir Putinin dostu, violonçel ifaçısı Sergey Rolduginin təsisçisi olduğu fonda məxsus olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, ümumi sahəsi 600 min kvadratmetr olan kompleks Moskva Dairəvi Avtomobil Yolundan (MKAD) təxminən 28 kilometr cənubda, Domodedovo şəhər dairəsində yerləşir.

Obyekt iyulun 20-də səhər saatlarında dron hücumuna məruz qalıb, bundan sonra anbarlarda yanğın başlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun məlumatına görə, Domodedovoya hücum nəticəsində yeddi nəfər xəsarət alıb.

“Yujnıye vorota” iri anbarlar qrupundan ibarətdir. Kompleksdə “Wildberries”, “Lemana Pro”, “Alibaba Group” və digər şirkətlərin istifadə etdiyi anbar sahələri yerləşir. “Forbes”in məlumatına görə, bu logistika mərkəzi Instone Development şirkətinin ən böyük aktividir.

2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra aktivlərini satmaq qərarına gələn Çexiyanın “PPF Real Estate” şirkəti kompleksi “Ventall-Development” şirkətinə satıb. 2023-cü ilin payızında isə “Ventall-Development” anbar biznesinin idarə edilməsini Instone şirkətinə verib. 2026-cı ilin əvvəlində “Instone” şirkətinin əsas sahibi “Talant i uspex” (“İstedad və uğur”) fondu olub. Putinin yaxın dostu kimi tanınan violonçel ifaçısı Sergey Roldugin fondun təsisçilərindən biridir, Vladimir Putin isə fondun Himayəçilər Şurasının rəhbəridir.

“SPARK” sisteminin məlumatına görə, “Talant i uspex” fondu “Instone” şirkətinin 84 faizinə sahibdir. Şirkətin daha 11 faizi isə “Sinteks”ə məxsusdur. Bu şirkətin də sahibi “Talant i uspex” fondudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR