ABŞ-İran razılaşması xəbərlərinə, investorların əhval-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin düşməsinə baxmayaraq, dollar ucuzlaşır.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsi inflyasiya təzyiqini azaldır ki, bu da ABŞ dollarının dinamikasına təsir göstərir.
Lakin Bloomberg qeyd edir ki, dolların ucuzlaşması məhdud ola bilər. Bunu ABŞ-ın güclü iqtisadi məlumatları, o cümlədən məşğulluq rəqəmləri, eləcə də Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıra biləcəyi gözləntiləri dəstəkləyir.
Musavat.com






