İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diplomatların və ailələrinin təhlükəsizliyi təmin olunmalıdır” – deputatdan İran açıqlaması

716 06.03.2026 18:45 Siyasət A A

"1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına görə diplomatların toxunulmazlığını qəbul edən dövlət təmin etməlidir. Bu, həmin konvensiyalardan akreditə edən dövlətin üzərinə beynəlxalq hüquqla qoyulan bir öhdəlikdir. Akreditə edən dövlət, yəni qəbul edən dövlət, diplomatik agentin şəxsi toxunulmazlığını təmin etməlidir. Bunu Vyana Konvensiyasının 29-cu maddəsi tələb edir.

Diplomatik agent dedikdə diplomatik korpsun üzvləri nəzərdə tutulur. Eyni zamanda səfirlik binasının təhlükəsizliyi təmin olunmalıdır. Diplomatların yaşadığı ev, hərəkət elədiyi avtomobilin toxunulmazlığı təmin olunmalıdır.

Bunlar Vyana Konvensiyasından irəli gələn öhdəliklərdir".

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Rizvan Nəbiyev deyib.

Şanlı Zəfərimizə aparan yol Ümummilli lider Heydər Əliyevin dövlətçilik  strategiyasının tətbiqindən başlayıb – Rizvan Nəbiyev

O bildirib ki, hazırda İran İslam Respublikası müharibə vəziyyətində olduğundan paytaxt Tehran gündəlik hərbi hücumlara məruz qalır və müharibə gedir. Belə bir şəraitdə həmin ölkədə fəaliyyət göstərən diplomatların toxunulmazlığı, təhlükəsizliyinin və onların fəaliyyət toxunulmazlığının təmini ilə bağlı çox ciddi suallar var:

"Biz görürük ki, çoxsaylı dövlətlər, səhv eləmirəmsə, 20-dən artıq dövlət "Astara" buraxılış məntəqəsi vasitəsi ilə öz vətəndaşlarını, o cümlədən diplomatlarını təxliyə etdilər.

Dünən Naxçıvana edilən dron hücumundan, yəni güc tətbiqindən, terror aktından sonra həm Tehranda, həm Təbrizdə fəaliyyət göstərən diplomatlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi yenidən aktuallaşdı və Azərbaycan Prezidenti cənab İlham Əliyev mövcud vəziyyəti dəyərləndirərək xarici işlər naziirliyinə müvafiq göstəriş verdi.

Bu, həm də beynəlxalq hüquqdan irəli gələn bir məsələdir. Eyni zamanda vətəndaşlarımızın, o cümlədən diplomatlarımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının üzərindədir.

Hazırda həyata keçirilməsi planlaşdırılan tədbirlərə beynəlxalq münasibətlər sistemində preventiv təhlükəsizlik tədbirləri deyirlər. Preventiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi diplomatlarımızın və onların ailə üzvlərinin şəxsi toxulmazlığının təmin olunmasına xidmət edir.

Ümumi bir təcrübəni də bölüşmək istərdim.

Beynəlxalq praktikada belə bir məsələ var ki, dövlətlər arasındakı münasibətlərdə gərginlik yaranarsa, bir dövlət diplomatik münasibətlərin səviyyəsini endirərək səfirlik əməkdaşlarının sayını azalda bilər, diplomatik heyəti oradan tam evakuasiya edə bilər. Yəni, müxtəlif tədbirlərinin həyata keçirilməsi bu beynəlxalq münasibətlər sistemində tətbiq olunan praktikadır. Bu mənada Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə XİN-in planlaşdırdığı və həyata keçirdiyi tədbirlər həm də Azərbaycan Respublikasının daxili qanunvericiliyi, həm də beynəlxalq praktikayla tam əsaslandırılmış bir addımdır və vətəndaşlarımızın, diplomatlarımızın təhlükəsizliyinin təmininə xidmət edən ciddi önləyici tədbirdir".

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR