İnsanlara hürriyət, millətlərə istiqlal!

DİPLOMATİK GƏRGİNLİK - Rusiya səfiri Moldova XİN-ə çağırıldı

612 19.03.2024 13:56 Dünya A A

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Oleq Vasnetsovu çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Ona məlumat verilib ki, Kişinyovdakı səfirliyin əməkdaşlarından biri “persona non-qrata” elan edilib və o, ölkəni tərk etməlidir.

Səfirə Rusiyada prezident seçkiləri üçün qondarma Dnestryanıda seçki məntəqələrinin açılmasına görə etiraz edilib.

Məlumata görə, martın 15-dən 17-dək keçirilən seçkilərdə Tiraspol, Benderi, Qriqoriopol və Rıbnitsada seçki məntəqələri açılıb.

Moldova baş nazirinin müavini Oleq Serebryan Rusiyanı qondarma bölgədə seçki məntəqələrinin açılmasına görə qınayıb.

Moldova prezidenti Maya Sandu Rusiya hakimiyyətini respublikada dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR