İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən məktəbli qızların biabırçı hərəkətləri ilə bağlı AÇIQLAMA VİDEO

52251 19.02.2024 23:42 Son xəbər A A

156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Musavat.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü bildirib. 

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", -  Elşad Hacıyev qeyd edib. 

Elşad Hacıyev özünün sosial media hesabında bunları da paylaşıb:

"Bu hadisə daha bir məsələnin kilidini açır. Cəmiyyətin hər bir üzvü müəllimi, məktəbi qorumalıdır, QORU-malıdır. Cəmiyyət olaraq müəllimə, məktəbə mənəvi dayaq olmalıyıq. Bu sahədə neqativ hallara qarşı polis tərəfindən qəti mübarizə aparılır, heç bir müraciətə laqeyid yanaşılmır. Uşaqların gələcəyi təkcə məktəbdən, müəllimdən asılı deyil. Valideyn varsa, hardadır?"

Musavat.com həmin videodan bir hissəni təqdim edir:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR