İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN: "Ağdamda “Azərişıq” işçilərini bıçaqlayan şəxs saxlanılıb" YENİLƏNİB

602 09.12.2021 20:44 Ölkə A A

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda "Azərişıq" əməkdaşlarının bıçaqlanması barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-ya bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

***

Ağdamda xidməti vəzifəsini yerinə yetirərkən abonent tərəfindən bıçaqlanan iki montyordan biri ölüb.

Xəstəxanadan APA-ya verilən məlumata görə bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən Şükür Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR