İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar kitablar üzərindən ƏDV-nin götürülməsini təqdir etdilər

293 17.11.2021 16:15 Son xəbər A A

Milli Məclisdəki müzakirələrdə çıxış edən deputat Fazil Mustafa Vergi Məcəlləsi ilə bağlı dəyişiklikləri təqdir etdi. Xüsusilə də kitablarla bağlı güzəştlərdən bəhs etdi. “Ümid edirəm ki, gələcəkdə dini və başqa ədəbiyyat üzərində məhdudiyyətləri də aradan qaldırılmasına baxmaq yaxşı olardı”, deputat bildirdi.

Ardınca F.Mustafa Vergilər Məcəlləsində vəkillərə güzəştlərin edilməsini də mühüm amil olaraq səciyyələndirdi. Bildirdi ki, son zamanlar Baş prokurorun iki vəkilin fəaliyyətinə imkan yaradan qərarın verilməsi çox yaxşı haldır. Deputat dedi ki, əvvəllər iki qurum sanki düşmən vəziyyətində görünürdülər, bu münasibət aradan qalxıb.

Amma deputat kənd təsərrüfatı məhsullarının topdansatış məntəqələri ilə əlaqədar nəzarət postlarının qurulmasını düzgün saymadı. Qeyd etdi ki, bu sektorda onsuz da hamı topdansatışla məşğul olur, topdansatış postu qurmaq irəliləyişə aparmır.

Deputat Etibar Əliyev də kitab üzərindən 18 faizlik ƏDV-nin götürülməsini təqdir etdi. Ancaq qeyd etdi ki, vaxtilə kitab mağazası olan ünvanlar bu gün başqa məqsədlərlə icarəyə verilib. E.Əliyev ali məktəblərə dərsliklərin çapı üçün imkan yaradılmasını təklif etdi: “Ali məktəblərdə dərsliklərin vəziyyəti bərbaddır. Ali məktəblər deyir ki, bizim maliyyə vəsaitimiz yoxdur”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR